Dünya

Yaxın Şərqə artıq Türkiyə nəzarət edəcək - Maniçça

18 Avqust 2021 16:54
0 Şərh     Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın gedişindən sonra Əfqanıstandan Liviyaya qədər olan ərazidə yeni geosiyasi güc Türkiyə, Rusiya və Çin sayılır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu italiyalı ekspert, Əfqanıstan hökumətinin keçmiş müşaviri Qabriyel Maniçça deyib. Onun sözlərinə görə, Kabilin taliblər tərəfindən ələ keçirilməsindən sonra ABŞ regiondakı son müttəfiqlərini də itirib:

"Böyük ehtimalla, taliblər iki istiqamətdə hərəkət edəcəklər. Bir tərəf dialoq aparacaq, digər tərəf keçmiş rejimlə kompromisləri məhv edəcək, qadınları qapalı yerdə saxlayacaq, ərazisində terror aparacaq. Hazırda əsas məsələ odur ki, taliblər Səudiyyə Ərəbistanı olmadan ölkəni idarə biləcəklərmi? ABŞ-ın Əfqanıstandan gedişindən sonra dünyanın bu hissəsində yeni geosiyasi kombinasiya formalaşacaq və yeni simalarla yeni ssenari işə salınacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.