Dünya

Kabildən havaya qalxan təyyarənin üzərində cəsəd aşkarlandı

17 Avqust 2021 18:30
0 Şərh     Baxış: 1 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədən qaçmağa çalışan bir əfqanın cəsədi Kabildən havaya qalxan "C-17" hərbi-nəqliyyat təyyarəsinin şassi hissəsində aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Politico" yayıb. İlkin versiyalara görə, həlak olmuş bu şəxs Əfqanıstandan qaçmağa çalışaraq özünü təyyarənin şassi hissəsinə bağlayıb.

Jurnalistlərin verdiyi məlumata görə, təyyarə hazırda istismara yararlı deyil. Bu gün sosial şəbəkələrdə məhz "C-17" tipli təyyarənin göyərtəsindən çəkildiyi ehtimal edilən video yayılıb. Kadrlardan təyyarənin şassi hissəsində bir şəxsin cəsədinin olduğu görünür. 

Qeyd edək ki, artıq bir neçə gündür ki, Kabilin hava limanında xaos hökm sürür. "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ keçirdikdən sonra Əfqanıstan sakinləri paytaxtın yeganə hava limanına axışıb. Xaos səbəbindən azı 7 nəfərin həlak olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory