Dünya

Türkiyənin Kastamonu vilayətində sel fəlakətindən ölənlərin sayı 6-a çatıb

12 Avqust 2021 16:06
0 Şərh     Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kastamonu vilayətində sel fəlakətindən ölənlərin sayı 6-ya çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bartında itkin düşən bir nəfərin isə rışları davam edir.

AFAD-dan bildirilib ki, 7-11 avqustda güçlü yağışlar Türkiyənin şimalında yerləşən vilayətlərdə, xüsusilə Bartın, Sinop, Kastamonuda sel, daşqın, dağıntılara və itkilərə səbəb olub.

Bartında bir nəfər itkin düşüb, bir nəfər isə ürək tutmasından ölüb.

Meteoroloqlar Türkiyənin qərbi Qaradəniz bölgəsinə yağıntının bu gün axşam saatlarında kəsiləcəyini proqnozlaşdırırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaradənizin qərb istiqamətindəki rayonlarda baş verən sel fəlakətilə əlaqədar bütün dövlət qurumlarının səfərbər olunduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.