Dünya

Əfqanıstanda baş verənlərə görə narahatıq - İran XİN

9 Avqust 2021 15:34
2 Şərh     Baxış: 1 156
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Əfqanıstanda baş verən proseslərə görə həddən artıq narahatıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, İran regionda və beynəlxalq səviyyədə öz bütün potensiallarından istifadə edir ki, Əfqanıstanda sülh təmin olunsun.

S.Xətibzadə bildirib ki, Tehran sülh təşəbbüsünü Əfqanıstan məsələsində davam etdirməyə hazırdı. XİN sözçüsü İranın Əfqanıstana humanitar yardımları davam etdirəcəyini vurğulayıb.

S.Xətibzadə, eyni zamanda, yaxın günlərdə İraqın XİN başçısının İrana səfər edəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.