Dünya

Əfqanıstanda daha iki əyalət mərkəzi “Taliban”ın nəzarətinə keçir

8 Avqust 2021 15:04
0 Şərh     Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" Hərəkatı Əfqanıstanda daha iki əylaət mərkəzinin nəzarətinə keçdiyini bəyan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, "France-Presse" agentliyi və "Alman dalğası" Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətinin eyniadlı mərkəzinin "Taliban" Hərəkatının nəzarətinə keçdiyini təsdiqləyən məlumat yayıblar.

Rəsmi Kabil isə xüsusi təyinatlılar tərəfindən Qunduz şəhərinin "Taliban" silahlılarından təmizlənməsi əməliyyatı aparıldığını açıqlayıb.

"Taliban" Hərəkatının mətbuat katibi Zaibulla Mocahid isə Qunduzla bərabər, eyniadlı vilayətin mərkəzi Sari-Pul şəhərinin də nəzarətlərinə keçdiyini bildirib. "France-Presse" agentliyi isə bu şəhər uğrunda silahlılarla ordu birlikləri arasında şiddətli döyüşlərin getdiyi barədə məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.