Dünya

Ərdoğan: “Yanğınlarda terror şübhəsi var”

4 Avqust 2021 23:39
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yanğınlarda terror şübhəsi var, biz ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində bildirib.

Prezident deyib ki, yanğınlarda terror, təxribat şübhəsilə əlaqədar hazırda polis və kəşfiyyat təşkilatlarının araşdırmaları davam edir: "Bu məsələ ilə əlaqədar əvvəldən narahatlıqlarımız vardı. Ehtimallarımız doğru çıxdı. Saxlanılan şübhəlilər arasında həbs olunanlar oldu. Həbs olunanların ailələrinin PKK ilə əlaqəli olduğunu da öyrəndik. Ötən il Hatayda baş verən meşə yanğınları zamanı belə faktlar olub, bunu çox açıq şəkildə yaşadıq. Keçən il bunu yaşadığımız halda, bu il yaşamadıq demək doğru olmaz. Belə bir məsələ var ya yox, bütün polis qüvvələrimiz, istihbaratımız bunu araşdırır. Varsa təbii ki, bunun üzərinə gedəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.