Dünya

"Avqustun sonlarında Gürcüstanda “delta ştamı” tüğyan edəcək"

4 Avqust 2021 21:25
0 Şərh     Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun sonlarında Gürcüstanda koronavirusun "delta ştamı" tüğyan edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Gürcüstanın tanınmış allerqoloq-immunoloqu Bidzina Kulumbeqov məlumat verib. Onun sözlərinə görə, ölkə sərt qapanmalarla üz-üzədir.

O deyib: "Ölkə əhalisinin az bir hissəsinin koronavirusa qarşı peyvənd olunması koronavirusa qarşı mübarizədə ciddi problemlər yaradır. Gündəlik yoluxma və koronavirusdan ölüm hallarının artması ciddi narahatlıq yaradır. Odur ki, insanlar daha çox qorunmalı, tibbi maskalardan qapalı və açıq məkanlarda istifadə etməli, vaksinasiya olunmalıdırlar. Əks halda qapanmalar və daha sərt tədbirlər qaçılmaz olacaq".

Onun sözlərinə görə, yaxın günlərdə pandemiya qurbanlarının gündəlik sayı 50 nəfərdən çox olacaq. Bu isə çox acınacaqlı və dözülməzdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.