Dünya

Avropada təbii qaz qiymətləri rekord həddə çatıb

2 Avqust 2021 20:50
0 Şərh     Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada təbii qaz qiymətləri rekord səviyyəyə yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb tədarükdəki çətinliklər və qaz anbarlarının hələlik tam dolmamasıdır.

Niderlandda "Title Transfer Facility"də fyuçers müqavilələri ən yüksək həddə çatıb. Belə ki, qiymət 2,7 faiz artaraq 41.855 avro MW/saat təşkil edib. Bu il fyuçers müqavilələri kəskin artımla iki dəfə bahalaşıb.

Rusiyanın Ukrayna üzərindən qaz nəqlinin azalması və Şimal dənizindəki təchizat problemləri Avropanın təbii qaz ehtiyatlarının azalmasına təsir edib. Ehtiyatlar son 10 ilin ən aşağı səviyyəsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.