Dünya

Qəddafinin oğlu siyasətə qayıdır

2 Avqust 2021 09:22
0 Şərh     Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Liviyanın keçmiş rəhbəri Muammar Qəddafinin ikinci oğlu Seyfülislam Qəddafi  "The New York Times" nəşrinə müsahibə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qzetdən verilən məlumata görə, müsahibə iki il yarımlıq danışıqlardan sonra Liviyanın Zintan kəndi yaxınlığında baş tutub.

Oğul Qəddafi liviyalı siyasətçilərin ölkəyə fəlakətdən başqa bir şey gətirmədiklərini bəyan edib.

"Pul yox, təhlükəsizlik yox. Yanacaqdoldurma məntəqəsinə gedin, orada da yanacaq yox. Neft-qaz ixrac edirik, İtaliyanın yarısını enerjiylə təmin edirik, amma özümüz qaranlıqdayıq. Bu fiaksodur", - deyə o bildirib.

Qəddafi bu ilin dekabr ayında keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirakını da istisna etməyib.

"10 ildir liviya xalqından uzağam. Yavaş-yavaş geri dönmək lazımdır", - deyə vurğulayıb.

Qeyd edək ki, Seyfülislam Qəddafi  "London School of Economics"in məzunudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.