Amerika nəşrinə görə Vyana şəhəri “Havanna sindromu“nun yeni ocağına çevrilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın "The New Yorker" nəşrinin iddialarına görə, Avstriya paytaxtı müəmmalı "Havanna sindromu" fenomeninin yeni ocağına çevrilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nəşr Vyanada xidməti fəaliyyət göstərən onlarla diplomat, hökumət və xüsusi xidmət orqanı əməkdaşının "Havanna sindromu"na bənzər şikayətləri barədə məlumat yayıb. Qeyd edilib ki, bu, Kubanın paytaxtı Havannadan kənarda baş verən bu cür halların ən yüksək statistikasıdır. Məqalə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Qeyd edilməlidir ki, 2016-cı ildə ABŞ və Kanadanın Kubadakı missiyalarının diplomatları və onların ailə üzvləri sonradan "Havanna sindromu" adı verilən qəribə sağlamlıq problemlərindən şikayət ediblər. Hər iki ölkənin rəsmi qurumları bu şikayətləri "akustik hücum" kimi dəyərləndirib. Bu problemlə üzləşənlər başlarında bir növ təzyiq dalğası hiss etdiklərini bildiriblər. Eyni zamanda, şikayətlər arasında cırcırama cırıltısına bənzər səslərin binaların içində onları müşayiət etdiyi, lakin binanı tərk edərkən bu səs-küyün kəsildiyi qeyd edilib. Başağrıları, baş gicəllənməsi, yuxu pozğunluğu və tinnitus (qulaqda küy) da şikayətlər arasında yer alıb.
İndiyədək bu kimi simptomlardan Havannanın ardınca London, Çin, Kolumbiya və Özbəkistandakı ABŞ təmsilçiləri də şikayətləniblər. Bu il hətta Ağ ev əməkdaşları arasında da oxşar simptomlara rast gəlinib. Nəşrin yazdığına görə indiyədək 130 belə şikayət halı qeydə alınıb, onların bir qisminin əsl səbəbini başqa xəstəliklərlə əlaqələndirmək mümkün olsa da, əksər hissəsi müəmma olaraq qalır. Bu simptomlardan şikayət edənlərin böyük əksəriyyəti (50 hal) Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları, digərləri isə diplomat və hərbçilər, eləcə də onların ailə üzvləridir.
Vyanada ilk belə halın ABŞ-ın Prezidenti Co Baydenin vəzifə səlahiyyətlərinə yeni başladığı dövrə təsadüf etməsi iddia olunur və qeyd edilir ki, rəsmi Vaşinqton bu barədə susmağa üstünlük verib. Bayden administrasiyası məlumat sızdırmamağa və beləliklə aparılan təhqiqatlara maneə olmamağa çalışıb. Bununla belə "sağlamlıqda yaranmış izah olunmaz hallara" aydınlıq gətirmək hələ də mümkün olmayıb.
Qeyd edək ki, Vyana ənənəvi olaraq İkinci Dünya müharibəsindən sonra Şərq və Qərb bloku ölkələri arasında xüsusi xidmət orqanları arasında sıx təmasların və casus qalmaqallarının mərkəzlərindən biri olub. "New Yorker" də ehtimal, şayiə və konspiroloji nəzəriyyələrə meydan verməmək üçün qeyri-adi hallara tezliklə aydınlıq gətirilməli olduğunu yazıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)





