Avstriya hökuməti pandemiya ilə əlaqədar yenidən bir sıra məhdudiyyətlər tətbiq edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstriya hökuməti ölkədə koronavirusa yoluxma hallarını, xüsusilə də koronavirusun "delta" ştamının sürətlə yayılmasını nəzərə alaraq, bir sıra məhdudiyyətlər barədə qərarını açıqlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 22-dən sonra gecə fəaliyyət göstərən qastronomiya obyektlərinə giriş yalnız koronavirusa qarşı peyvənd olunmuş şəxslər və ya "yaşıl pasport" sahibləri üçün mümkün olacaq. Eyni zamanda bu obyektlərə daxil olanlar mütləq qaydada qeydiyyatdan keçməli olacaqlar.
Avstriyanın səhiyyə naziri Volfqanq Mükştayn bildirib ki, hökumət artan statistikanı nəzərə alaraq, yoluxmanın ən çox müşahidə olunduğu sahələrdə məhdudiyyətlər tətbiq etməli olub. Qeyd edilib ki, ötən yay buraxılan səhvlərin yenidən təkrarlanmaması üçün hökumət və sosial tərəfdaşlar epidemioloji inkişafa erkən reaksiya vermək barədə fikir birliyi əldə ediblər.
Yeni qaydalara əsasən, gecə qastronomiyasında indiyədək qüvvədə olan "3-G qaydaları" (peyvənd olunmuş, mənfi test arayışı olan və ya xəstəlikdən sağalmış şəxslərə sərbəst giriş) əvəzinə müddəti 72 saatdan artıq olmayan PCR testi və "yaşıl pasport"un təqdim edilməsi lazım gələcək. "Yaşıl pasport" isə peyvəndin ilk dozasından sonra deyil, tam immunizasiya mərhələsində aktivləşəcək.
Səhiyyə naziri ölkənin gənc əhalisinə müraciət edərək, onları vaksinasiya kampaniyasında aktiv iştirak etməyə çağırıb. Qeyd edilib ki, yenidən lokdauna gedilməməsi üçün ölkədə peyvənd olunanların sayı artırılmalıdır.
Federal Kansler də öz müraciətində insanları pandemiyaya qarşı mübarizədə dövlətin məhdudlaşdırıcı tədbirlərini gözləmək əvəzinə fərdi məsuliyyət hissi ilə hərəkət etməyə çağırıb. O da bu istiqamətdə vaksinasiyanı həlledici amil kimi dəyərləndirib.
Qeyd edilməlidir ki, son iki həftə ərzində Avstriyada gündəlik yoluxma halları 100-dən 300-dək artıb və yeni yoluxma hallarının təxminən 90 faizi "delta" ştamının payına düşür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhur bloqer və influenserlərin bu biznesləri varmış... - (Fotolar)
-
İşdə nə edək ki, daha az yorulaq
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)





