Dünya

“Paşinyanın qızı 7-dən çox maşından ibarət kortejlə gəzir...”

17 İyul 2021 08:38
0 Şərh     Baxış: 1 443
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanın Baş naziri Nikol Paşinyanın böyük qızı Mariam 7-dən çox avtomobildən ibarət kortejin müşaiyəti ilə gəzir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "İravunk" qəzeti bildirib.

"İsti yay günlərində Mariam mənzərəli yerlərdən zövq almaq və istirahət etmək üçün tez-tez atasının doğulduğu İcevana gedir.

Məlum olur ki, bir neçə gün əvvəl Mariam 7-dən çox maşından ibarət kortejin müşayiəti ilə İcevana yollanıb. Mariamın kimdən və nədən qorxduğu aydın deyil, lakin sonuncunun dəbdəbəli əyləncələri şahidlərin diqqətini cəlb edib", - qəzet yazır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.