Dünya

Mayami meri ABŞ-ı Kubaya zərbələr endirməyə çağırıb

15 İyul 2021 08:43
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Mayami şəhərinin meri Frensis Suares rəsmi Vaşinqtonu Kubaya zərbə endirməklə ölkə rəhbərliyini devirməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər rəhbərinin sözlərinə görə, Vaşinqton Havanaya belə bir təzyiq metodunu incələməlidir.

"Bunu bir çox digər variantlarla birgə potensial bir seçim kimi müzakirə etməli və nəzərdən keçirməliyik", - Suares belə deyib.

Daha sonra o, "Miami Herald" qəzetinə müsahibəsində Kubaya hərbi müdaxilənin mümkünlüyünü müzakirə etməklə bağlı ABŞ prezidentinin zəngini gözlədiyini bildirib.

Ancaq sonradan "MSNBC" telekanalına müsahibəsində F.Suares Kubaya aviazərbələr endirilməsi ilə bağlı çağırış etmədiyini, sadəcə ABŞ hökumətinin dünyadakı bənzər hadisələrə bu cür reaksiyasından nümunə kimi söhbət açdığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.