Dünya

Gürcüstanda 1 həftədə 10 zəlzələ olub

14 İyul 2021 16:28
0 Şərh     Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Gürcüstanda iki zəlzələ baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, zəlzələlər Kvemo Kartli bölgəsində Sameba kəndində olub.

İlk olaraq, 4 bal gücündə yeraltı təkanlar Tibilisi vaxtı ilə saat 11:04-də Sameba kəndindən 9 km, Dmanisi şəhərindən isə 25 km məsafədə qeydə alınıb. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşib.

Bunun ardınca, saat 11:41-də Sameba kəndindən 4 km məsafədə 3,2 bal gücündə təkanlar baş verib. Bu zaman isə zəlzələnin episentrinin 5 km dərinlikdə yerləşdiyi açıqlanıb.

Qeyd edək ki, bu, Sameba kəndində bu həftə ərzində qeydə alınan 10-cu zəlzələdir. Zəlzələlərin gücü 3 baldan 4 bala qədər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.