Dünya

Ermənistanda iki qubernator oğlu bir-birinə atəş açdı, ölənlər var

14 İyul 2021 10:44
0 Şərh     Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki qubernatorlarının oğulları bir-birinə atəş açıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla bölgənin indiki başçısı Melikset Poqosyanın oğlu arasında atışma olub. Məlumata görə, hadisə nəticəsində ölənlər var.

Qəzetin yazdığına əsasən, Tiqran Xaçatryan 2013-cü ildə də oxşar hadisənin iştirakçısı olub. Həmin vaxt atasının evinin yanında ölümlə nəticələnən atışmaya görə Tiqran həbs edilmişdi. Ancaq məhkəmə sonradan bunu özünümüdafiə ilə əlaqələndirərək ona bəraət vermişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.