Dünya

Çinin dünyanı xilas edəcək layihəsi...

9 İyul 2021 21:25
0 Şərh     Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Yer kürəsini asteroidlərdən qorumaq üçün hazırladığı planı ictimaiyyətə təqdim edib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Çin Milli Kosmik Elm Mərkəzinin tədqiqatçıları məlumat yayıb.

Məlumata görə, "Bennu" asteroidinin 2175-2199-ci illər arasında planetimizlə toqquşma ehtimalı 1/2700 olaraq hesablanır. Çin 900 tonluq raketlə "Bennu"nun yolunu dəyişdirə biləcəyini açıqlayıb.

"Deyli Meyl" qəzetinə görə, çinli alimlərin modellərinin eyni vaxtda 23 raket zərbəsinin qarşısını ala biləcəyi ehtimal edilir.

Alimlər həmin raket zərbələrinin "Bennu"nu trayektoriyasından 5.592 mil (təxminən 9000 kilometr) uzaqlaşdıra biləcəyini iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.