Dünya

Asiya İnkişaf Bankı vaksin alınması üçün Tacikistana 25 milyon dollar vəsait ayırıb

4 İyul 2021 21:15
0 Şərh     Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Asiya İnkişaf Bankı vaksin alınması üçün Tacikistana 25 milyon dollar vəsait ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda jurnalistlərə Tacikistanın maliyyə naziri Fayziddin Kaxxorzoda bildirib. O deyib ki, bu vəsait peyvənd, şprislər və vaksini saxlamaq üçün soyuducular alınmasına xərclənəcək.

Qeyd edilib ki, ötən ayın sonunda ölkəyə 300 min doza Çin vaksini gətirilib, bu, dost ölkənin hədiyyəsidir. "COVAX" proqramı çərçivəsində Dünya Səhiyyə Təşkilatı da ölkəyə192 min doza "AstraZanesa" vaksini göndərib.

Qeyd olunub ki, indiyədək Tacikistanda 205 min insan peyvənd edilib.

Xatırladırıq ki, Tacikistanda mütləq vaksinasiya elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.