Ölkə

Quru sərhədlərin açılması barədə önəmli açıqlama

18 Sentyabr 2025 18:27
Baxış: 2 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır.

Milli.Az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Ərdəbilə səfəri zamanı deyib.

Səfir bildirib ki, ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd keçid məntəqələrinin yenidən açılması və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını deyib:

"Sərhəd nəqliyyatı və rahat keçid şəraiti hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması, gediş-gəlişin asanlaşdırılması İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq". (axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.