Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 964 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 368 022, ölənlərin sayı isə 5 334 nəfərə çatıb. Virusa yoluxanlardan 353 231 nəfərin sağaldığı bildirilir.
Milli.Az