Dünya

İsveç əvvəlki həyat tərzinə qayıtmaq üçün növbəti addımı atır

30 İyun 2021 21:59
0 Şərh     Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 1-dən etibarən İsveç vətəndaşları əvvəlki həyat tərzinə qayıtmaq üçün növbəti bir addım atacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, krallıq rəsmiləri keçən ildən etibarən İsveçdə qüvvədə olan pandemiya məhdudiyyətlərini zəiflətmək qərarına gəliblər.

İndi oturacaqların ayrılacağı təqdirdə 50 nəfərdən 300 nəfərədək qruplara qapalı idman və mədəni tədbirlərdə iştirak etməyə icazə veriləcək. Tədbir açıq havada keçirilərsə, icazə verilən maksimal qonaq sayı 600 və ya ayrılmış oturacaqlarla 3000 nəfər təşkil edəcək. Qaydalar, həmçinin təhlükəsiz məsafəni saxlamağa imkan verən, öz giriş nöqtələri olan bir neçə bölmənin olması təqdirdə daha çox tamaşaçının iştirakına imkan yaradır.

Məkanlarda qonaqların sayındakı məhdudiyyətlərin qüvvədə qalmasına baxmayaraq gecə yarısından sonra barların və restoranların işləməsini qadağan edən qaydalar da ləğv ediləcək.

Qeyd edək ki, hökumətin qərarı COVID-19 ilə əlaqədar yoluxma və ölüm hallarının sayında əhəmiyyətli azalmaya əsaslanır. Reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayında da azalma tendensiyası müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.