Dünya

Bin Ladenin qardaşı qızı ABŞ-Rusiya sammitinə etiraz edib

17 İyun 2021 08:28
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin qardaşı qızı Nur bin Laden Cenevrədə əlində "Tramp qalib gəldi" yazısı olan plakatla bir qayıqda görünərək Rusiya-ABŞ sammitinə etirazını bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bin Ladenin qardaşı qızının "Tramp qalib gəldi" yazılı plakatı tutduğu videogörüntüsü xəbər resursunun "Twitter" səhifəsində ortaya çıxıb.

"Hill" qəzeti yazır ki, Nur bin Laden artıq bir neçə gündür ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Baydenin də görüşdüyü Cenevrədə etirazını bildirib, onun fikrincə, sabiq prezident Donald Tramp 2020-ci ildə ABŞ-da prezident seçkilərində qalib gəlib.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qızı asayişi pozduğuna görə həbs edə biləcəklərini deyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.