Dünya

Azərbaycan hərb üsullarını dəyişdi - NATO-dan etiraf

14 İyun 2021 12:53
Baxış: 3 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük müharibədə Azərbaycanın qazandığı qalibiyyətin üstündən xeyli müddət keçsə də, dünya mediası, hərbi dairələr və ekspertlər bu zəfərin nəticələrini şərh etməkdədirlər. Hərb dərsliklərinə salınacaq bu qələbədə Azərbaycan Ordusunun döyüş ruhunun yüksək səviyyədə olması ilə yanaşı, ən müasir silah və texnikadan yararlanması xüsusi vurğulanır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Dövlət başçısı bildirib: "Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib". Bu gün artıq beynəlxalq miqyasda tanınan ekspertlərin dilindən Azərbaycanın ən müasir orduya, silahlara sahib olması xüsusi vurğulanır.

Məsələn, dünyaca məşhur " Thetimes" qəzetində dərc olunan materialda bir daha Azərbaycanın bu nailiyyəti təsdiq edilir. "Almaniya ordusu hər gün daha da inkişaf edən döyüş pilotsuz təyyarələrinin potensial hücumundan qorunmaq üçün zəif təchiz olunub", - deyə bu barədə Almaniyada yerləşən analitik mərkəz, beynəlxalq PUA  bazarının və 44 günlük Qarabağ müharibəsində pilotsuz təyyarələrin oynadığı rolun analizlərindən sonra belə bir nəticəyə gəlib. "Bir sözlə, Bundesver bu qarşıdurmada Azərbaycanla mübarizə aparsaydı heç bir şansı olmazdı", - deyə Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun (GIDS) müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Mixael Karl bildirib. "Döyüş dronları və kamikaze dronları kimi istifadə olunan silah sistemlərinə qarşı özümüzü yetərincə qoruya bilməzdik. Təkcə Hava Hücumundan Müdafiə Qoşunlarının olmaması bizim sonumuz olardı", - deyə o əlavə edib.

Ekspert Azərbaycanın işğal olunmuş torpaqlarını - Qarabağ ərazilərini böyük ölçüdə Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində fəth etdiyini vurğulayıb. "Azərbaycan Ermənistanla münaqişəsində Türkiyənin "Bayraktar TB-2"sini və İsrailin "Hermes 900"ünü istifadə etdi ki, bu da Bakıya havada üstünlük verdi", - deyə zabit bildirib. Ən önəmlisi odur ki, Azərbaycanın zamanla regionda oyun qaydalarını dəyişdiyi vurğulanır. Beləliklə, bir daha beynəlxalq ekspert səviyyəsində Azərbaycan Ordusunun ən müasir ordular sırasında olduğu, əldə etdiyi nəticə təqdir olunub. Özü də NATO kimi beynəlxalq bir təşkilatın hərbçisi tərəfindən. 

Azər NURİYEV
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.