Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 522 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 353 965, ölənlərin sayı isə 5 048 nəfərə çatıb. Virusa yoluxanlardan 339 392 nəfərin sağaldığı bildirilir.
Milli.Az