Gürcüstanda COVİD-19-dan ölənlərin sayı 5 048 nəfərə çatıb

13 İyun 2021 12:52

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 522 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 353 965, ölənlərin sayı isə 5 048 nəfərə çatıb. Virusa yoluxanlardan 339 392 nəfərin sağaldığı bildirilir.

Milli.Az