Kaliforniyada hücum silahı barədə 30 ildən çox qüvvədə olmuş qadağa ləğv edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kaliforniyanın federal hakimi bu ştatda hücum silahlarından istifadə barədə otuz ildən çox əvvəl qəbul edilmiş qadağanı ləğv edib. Hakim həmin qadağanı insanların silah gəzdirmək barədə konstitusion hüququnu pozan "uğursuz eksperiment" adlandırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hakim həmin qanunun icrasına daimi qadağa qoyub, lakin ştatın baş prokuroru Rob Bontanın apellyasiya şikayəti verməsinə imkan yaratmaq üçün həmin qanunu 30 gün müddətinə qüvvədə saxlayıb.
Kaliforniya qubernatoru Gevin Nyusom bu qərarı pisləyərək onu "ictimai təhlükəsizliyə və heç bir təqsiri olmayan kaliforniyalıların həyatına birbaşa təhdid" adlandırıb. Hakim 94 səhifəlik qərarında müasir silah barədə müsbət fikir söyləyərək deyib ki, əksər hallarda bu silahdan hüquqi səbəblər əsasında istifadə edilib. Hakim deyib: "İsveçrə ordu bıçağına oxşayan populyar AR-15 tüfəngi ölkənin və evin müdafiəsi üçün ideal silahdır".
Nyusomun bəyanatında deyilir: "Bu müqayisə həmin qərara etimadı tamamilə puç edir və həmin silah ucbatından doğmalarını itirmiş ailələrə "şapalaq" təsiri bağışlayır. Biz mübarizədən əl çəkməyəcəyik və insanların həyatını xilas edən silah barədə sağlam qanunlar qəbul olunmasında israrlı tələblərimizi davam etdirəcəyik". Rob Bonta bu qərarı səhv adlandırıb və ondan şikayət edəcəyini bildirib.
Kaliforniya hücum silahı barədə qadağanı ilk dəfə 1989-cu ilə tətbiq edib və o vaxtdan bəri müvafiq qanuna bir neçə dəyişiklik edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya "Ölü əl"i yenidən işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
XƏBƏR LENTİ
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i yenidən işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda





