İsrailli jurnalistlər azərbaycanlı həmkarlarının ölümünü terror aktı adlandırıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsraildə fəaliyyət göstərən "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin həlak olmasına etiraz əlaməti olaraq videokonfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, "İsrailli jurnalistlər etiraz edir!" mövzusunda baş tutan konfransın məqsədi dünyadakı bütün jurnalistlərin, ictimai və dövlət təşkilatlarının, eləcə də xoşməramlı insanların diqqətini erməni terrorçularının dinc insanlara qarşı törətdikləri özbaşınalıqlara və hərbi cinayətlərə cəlb etmək olub.
Tədbirin moderatoru, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman giriş sözündə bildirilib ki, Ermənistanın işğalından azad edilmiş torpaqlarda müharibədən sonrakı yenidənqurma işləri zamanı 140-dan çox insan erməni hərbçilərinin qəsdən yerləşdirdiyi mina partlayışında həlak olub və yaralanıb. Qeyd edib ki, rəsmi Bakının dəfələrlə və israrla çağırışlarına baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaları pozaraq mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir.
Sonra tədbirdə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun faciəli ölümü ilə nəticələnən partlayışın baş verdiyi anı əks etdirən video göstərilib.
Konfransda "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, "Epoxa" qəzetinin baş redaktoru Mark Qorin, "Sputnik" qəzetinin baş redaktoru Lyudmila Karasyova, "KAN-REKA" dövlət radiosunun şərhçisi Viktoriya Dolinskaya, "Kanal24" internet televiziyasının baş redaktoru Səadət Şükürova, "Milli.az" xəbər saytının baş redaktoru Elçin Əlioğlu və AZƏRTAC agentliyinin əməkdaşı Xətai Əzizov çıxış ediblər. Onlar Kəlbəcərdə baş verən faciəli hadisədən hiddətləndiklərini bildiriblər və azərbaycanlı jurnalistlərin, eləcə də 44 günlük müharibənin başa çatmasından sonra indiyədək azad edilmiş torpaqlarda mina partlayışı nəticəsində həlak olmuş bütün azərbaycanlıların ailələrinə başsağlığı veriblər. Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında minaların yerləşdirilməsini və müharibə bitdikdən sonra da yeni minaların basdırılmasına cəhdlər göstərilməsini insanlığa zidd hərəkət və terror aktı adlandırıblar. Onlar terrorçuların qanuna uyğun olaraq ən ciddi şəkildə cəzalandırılmasına çağırış ediblər.
Konfransın sonunda azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri aşağıdakı linkdən izləmək mümkündür:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





