Hyustonda etiraz aksiyası: Ermənistan mina xəritələrini versin! - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məqsəd - Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.
Şəhərin Westheimer Road & Post Oak bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, "Jurnalistlər minalarla öldürüldü!", "Erməni yalanlarına YOX deyin!", "Erməni terrorizmi", "Təhlükəli minalar!" şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər.
Azərbaycanlı icmasının nümayəndələri, həmçinin şəhərdə etiraz yürüşü keçiriblər. Sonra mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər.
Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneə kimi qiymətləndirilib. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yümmamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat





