Dünya

MDB-də yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə birgə səylər artırılır

4 İyun 2021 21:35
Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

MDB Hökumət Başçıları Şurasının mayın 28-də keçirilmiş iclasında MDB iştirakçısı olan dövlətlərin yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə birgə fəaliyyətlərinin ortamüddətli planı təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sənəd MDB Hökumət Başçıları Şurasının yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədar Bəyanatındakı müddəaların həyata keçirilməsi məqsədilə Səhiyyə Sahəsində Əməkdaşlıq Şurası tərəfindən hazırlanıb.

Bəyanatda qeyd edilir ki, yeni COVID-19 koronavirus infeksiyası bütün bəşəriyyət üçün ciddi təhlükədir. Bu infeksiyanın yayılması qlobal səhiyyə sisteminə, habelə dünya iqtisadi, maliyyə və ticarət sisteminə təhdiddir. Bununla əlaqədar, Birlik ölkələrinin ərazisində yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə ortamüddətli birgə fəaliyyət planının işlənib hazırlanması birinci dərəcəli vəzifələrdən biri hesab edilir. MDB dövlətlərinin bu sahədə potensialını artırmalı olan bu plana əsasən, beş istiqamət üzrə 20-dən çox qarşılıqlı əlaqəli tədbirin həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.