Dünya

Türkiyədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir

3 İyun 2021 04:32
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ölkə əhalisi arasında piylənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın araşdırmalarının nəticəsi açıqlanıb. İki il yarım davam edən tədqiqatların nəticələrinə dair hazırlanan hesabata əsasən, qardaş ölkədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir ki, bu da ümumi əhalinin təxminən 34 faizini təşkil edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda piylənmə fərdin çəkisi, boyu, cinsiyyəti və irqi xüsusiyyətləri ilə təyin olunan dəyərlərin normadan üstün olduğu ciddi və xroniki bir xəstəlik olaraq qiymətləndirilir. Bundan əlavə artıq çəkinin ən asan görüləcək və eyni zamanda ən asanlıqla nəzərdən qaçacaq qlobal ictimai sağlamlıq problemi olduğu da müəyyən edilib. Qeyd olunub ki, problemin aradan qaldırılması üçün fizioloji və psixoloji mütəxəssislərin kompleks şəkildə fəaliyyəti mütləqdir.

Hesabatda artıq çəkinin səbəb olduğu xəstəliklər arasında ürək-damar, tənəffüs yolları, diabet və ümumilikdə endikrinoloji, depressiya və bu kimi bir sıra psixoloji problemlər yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.