Dünya

Yeni ölümcül pandemiya yayılır

29 May 2021 19:54
Baxış: 2 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq çəki və piylənmə cəmiyyətdə o qədər artıb ki, ölümcül pandemiya xüsusiyyəti qazanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

Onun sözlərinə görə, insanlar koronavirus pandemiyasından daha çox artıq çəkinin nəticələrindən ölürlər.

Myasnikov piylənmənin bəşəriyyətin demək olar ki, yarısına (insanların 47 faizi) xas olduğunu və planetin hər onuncu sakininin bundan əziyyət çəkdiyini vurğulayıb.

Həkim bildirib ki, koronavirus pandemiyası ildə təxminən iki milyon insanı öldürürsə, piylənmə ilə əlaqəli xəstəliklərdən Yer üzündə on milyonlarla insan ölür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.