Dünya

Hindistanda 22 nəfər içkidən ölüb

29 May 2021 20:57
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında ən azı 22 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə dövlət orqanlarına istinadən "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Hadisə ştatın qərbindəki Aliqarx şəhərində baş verib. Artıq spirtli içki satan beş mağaza bağlanıb, oradan götürülən spirt nümunələri yoxlanılması üçün laboratoriyaya göndərilib.

Ayrıca olaraq, ştatın aksiz şöbəsinin bəzi vəzifəli şəxsləri işdən kənarlaşdırılıb. Polis araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.