Dünya

Dünyada yeni təhlükəli pandemiya gözlənilir - Meymunlardan keçəcək

28 May 2021 21:30
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meymunlarda aşkarlanan yeni tip çiçək xəstəliyi Yer üzündə yeni və təhlükəli pandemiyanın mənbəyi ola bilər. Dünyada alimlər hazırda meymunlardan insana keçə biləcək çiçək xəstəliyi növündən ehtiyat edir.

Milli.Az xəbər verir ki, Rusiyanın virusologiya üzrə professor Aleksey Aqranovskiy isə əsas təhlükənin hələ də gəmirici və yarasalarda olduğunu bildirib.

"Meymunlardan çiçəyin insana keçməsi ehtimalı çox azdır. İnsan o halda bu xəstəliyə yoluxa bilər ki, xəstə heyvanın ağız suyu, qanı, seliyi ilə birbaşa təmasda olsun. Əsas əlamətləri: güclü başağrısı, yüksək hərarət, əzələlərdə ağrılar, limfatik düyünlərin şişməsi. dəridə səpkilər".

Professor hazırda virusa qarşı vaksinlərin reaktogen əks təsiri olduğunu da bildirib. Bunun üzərində alimlər işləyir.

Amma yarasaları gözdən qoymaq olmaz. Pandemiyanın səbəbi yarasadırsa, deməli, onlarda olan bütün yeni mutasiyalar izlənməlidir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.