Dünya

Baydendən Putinə “hədiyyə”

20 May 2021 14:14
Baxış: 1 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden "Şimal axını 2" operatoruna qarşı tətbiq olunan sanksiyaları ləğv edərək, Rusiyaya "hədiyyə" verdiyinə görə qınanılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu ittihamlar Respublikaçı konqresmen Cim Riş tərəfindən səsləndirilib.

Riş bu kimi addımların ABŞ-ın Mərkəzi, Şərqi və Şimali Avropadakı müttəfiqlərinin maraqlarından daha çox Almaniya və Rusiyanın maraqlarına xidmət etdiyini deyib.

Konqresmenin fikrincə, "Şimal axını 2" kompaniyası və onun rəhbərinə qarşı tətbiq olunan sanksiyaların ləğvi, Bayden və Rusiya lideri Vladimir Putinin təklif olunan görüşündən əvvəl ABŞ-ın mövqeyini zəiflədəcək.

ABŞ-ın "Şimal axını 2" qaz kəmərinin operatoruna qarşı sanksiyaların ləğvi dünən elan olunub. Bundan sonra ABŞ Dövlət Departamenti boru kəmərinə qarşı sanksiyalardan imtina etdiyini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.