Dünya

Pelosi Qış Olimpiya Oyunlarının siyasi boykotuna çağırdı

19 May 2021 15:04
Baxış: 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünya liderlərini Pekindəki "2022 Qış Olimpiya Oyunları"na getməkdən imtina etməyə çağırıb. O, siyasi boykota çağırışını Çinin insan haqqları pozuntularına yol verməsi ilə əsaslandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Əgər davam edən soyqırımı şəraitində yerlərinizdə otursanız (Pekində, Oyunlar zamanı), belə bir sual ortaya çıxır: Çin hökuməti soyqırımı etdiyi vaxtda dünyanın hər yerində insan hüquqları barədə danışmaq üçün hansı mənəvi haqqınız var?" - deyə amerikalı qanunverici dünya liderlərinə müraciət edib.

Olimpiadaların maliyyə sponsorlarını tənqid edən Pelosi "kommersiya səbəblərindən Çində insan haqqlarının pozulmasına qarşı çıxmasaq, harada olmasından asılı olmayaraq insan haqqlarını müdafiə etmək üçün bütün mənəvi hüquqlarımızı itirəcəyik" deyə əlavə edib.

Bununla belə Nümayəndələr Palatasının sədri vurğulayıb ki, idmançılar oyunlarda iştirak edə bilməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.