Dünya

Pentaqon hücumların qarşısını almaq üçün hər şey edir

15 May 2021 12:29
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hər hansı dövlət tərəfindən genişmiqyaslı kiberhücuma məruz qalmayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Pentaqon rəhbərinin köməkçisinin müavini Mike Oyanq deyib.

"Qeyd etmək istərdim ki, silahlı təcavüz səviyyəsində hər hansı kiberhücumla qarşılaşmamışıq. Biz bu kimi hücumların qarşısını almaq üçün güc və vasitələrimizdən istifadə etməyə davam edəcəyik", - deyə Pentaqon nümayəndəsi bildirib.

Qeyd edək ki, Tramp adminstrasiyası dövründə ABŞ rəsmiləri dəfələrlə ölkənin Rusiya və Çin tərəfindən genişmiqyaslı kiberhücumlara məruz qaldığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.