Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yapon vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əleyhinə petisiya mayın 14-dək 350 mindən çox imza toplayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu petisiyanın yerləşdirildiyi change.org onlayn platformasında əks olunan məlumatlar təsdiq edir.
"Cəmi bir həftə ərzində belə çox tərəfdarın toplanması məni hədsiz dərəcədə ruhlandırır. Bu mövzu həm Yaponiyada, həm də xaricdə böyük rezonans yaradıb. Biz Oyunların təşkili təxirə salınana qədər fəaliyyətimizi davam etdirəcəyik", - deyə K.Utsunomiya mayın 14-də Tokioda keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, K.Utsunomiya 3 dəfə Tokionun qubernatoru seçkilərinə qatılıb, 2010-2011-ci illərdə Vəkillər Federasiyasının kollegiyasına sədrlik edib.
Xatırladaq ki, mayın 5-də internetdə yerləşdirilən petisiyada indiki koronavirus pandemiyası şəraitində Olimpiya Oyunlarının təhlükəsiz təşkili qeyri-mümkün hesab edilir. Buna əsas kimi, dünyanın bir çox ölkələrində virusa yoluxmanın yayılması və peyvəndləmənin miqyasının kifayət qədər olmadığı göstərilir. Beynəlxalq Olimpiya Komitəsinə, Yaponiya hökumətinə və Tokio Olimpiadasının təşkilat komitəsinə ünvanlanan petisiyada yarışların təxirə salınması və ya ləğv edilməsi tələb olunur.
Qeyd edək ki, koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının cari il iyulun 23-dən sentyabrın 5-dək keçirilməsi nəzərdə tutulur.
Kyodo agentliyinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 72 faizi Oyunların bir daha təxirə salınmasını dəstəkləyib. Bununla yanaşı, Yaponiya Həkimlərinin Həmkarlar İttifaqları da Olimpiadanın cari yayda keçirilməsinin əleyhinə çıxış edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
XƏBƏR LENTİ
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)





