İngiltərədə hərracda rekord qiymətə satılan Sultan Süleyman Qanuninin portreti İstanbulda sərgilənəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin mart ayında İngiltərədə hərracda rekord qiymətə satılan Osmanlı imperiyasının 10-cu sultanı olan Sultan Süleyman Qanuninin portreti İstanbulda sərgilənəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "İslam dünyası və Hindistan sənətləri" mövzulu hərracda alınan əsər alıcı tərəfindən sərgilənməsi üçün İstanbul Böyükşəhər Bələdiyyəsinə hədiyyə edilib.
Yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək portret ilkin məbləğ olaraq 60 min funt sterlinqə (təxminən 691 min türk lirəsi və ya 142 min 500 manat) satışa çıxarılsa da, son qiymət olaraq 350 min funt sterlinqə (təxminən 830 min manata və ya 4 milyon türk lirəsi) satılıb. Alıcı vergilərlə birlikdə portretə 438 min funt sterlinq (təxminən bir milyon 100 min manat və ya beş milyon türk lirəsi) ödəyəcək.
XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən və çox nadir bir əsər hesab olunan portret mis çərçivəsi ilə birlikdə 44.5x39.8 santimetr ölçülərindədir. Portretin Möhtəşəm Süleymanın təxminən 43 yaşında İraqdakı Səfəviləri və Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonra gücün zirvəsində olduğu bir dövrdə çəkildiyi irəli sürülür.
Osmanlı və Venediklilər arasındakı sənət mübadiləsinə işıq tutduğu düşünülən portret, XIX əsrdən bəri bir fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.
Qeyd edək ki, ümumilikdə 183 əsərin təqdim edildiyi hərracda Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanın XVII əsrə aid portreti, müxtəlif dövrlərə aid müqəddəs "Qurani-Kərim" və səhifələri, Osmanlı zamanına aid müxtəlif kilim növləri və xalçalar da satılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
XƏBƏR LENTİ
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır





