Dünya

G7 XİN rəhbərləri Londonda koronavirusu müzakirə edəcəklər

2 May 2021 10:09
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

G7 ölkələri xarici işlər nazirləri 3-5 may tarixlərində Londonda keçiriləcək ilk əyani görüşlərində yeni qlobal təhlükələrə qarşı necə mübarizə aparacaqlarını, insan haqlarını necə qoruyacaqlarını və koronavirus pandemiyası ilə bağlı iqtisadiyyatı necə quracaqlarını müzakirə edəcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.

Məlumatda bildirilir ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirliklərinin rəhbərlərindən əlavə toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Avstraliya, Hindistan, Cənubi Koreya, Cənubi Afrika nümayəndələri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş katibi Lim Cok Hoy dəvət ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.