Dünya

Keçmiş futbolçu itkin düşdü

28 Aprel 2021 17:24
Baxış: 855
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Dinamo"nun (Kiyev) sabiq futbolçusu Yaroslav Dimanski İvano-Frankovsk şəhərində itkin düşüb.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, yerli polis 61 yaşlı keçmiş yarımmüdafiəçinin aprelin 20-də evdən çıxdığını və bir daha qayıtmadığını bildirib.

Onun yoxa çıxması barədə ərizə ilə polisə anası müraciət edib. Axtarışlara idarənin şəxsi heyəti cəlb olunub.

Dumanski Ukraynanın "Karpatı", "Metallist", "Prikarpatye" və Rusiyanın "Dinamo" (Moskva) komandalarının da formasını geyinib. O, futbolçu karyerasını 1990-cı ildə başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.