Çində son sutka ərzində 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 622-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 669 xəstə sağalıb.
Ölkədə 317 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az