Ölkə

Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırıldı

13 Noyabr 2025 16:32
Baxış: 295
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılıb.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmalar (mənfəət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.

Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən 2030-cu ilədək uzadılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.