Dünya

Əsəd amnistiya elan etdi

2 May 2021 22:08
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Suriya prezidenti Bəşər Əsəd ölkədə ümumi amnistiya haqqında fərman imzalayıb. Bu barədə Suriya dövlət başçısının dəftərxanası rəsmi Telegram kanalında məlumat yayıb. Fərmana əsasən, amnistiya ölkədə 2021-ci il mayın 2-dək törədilən cinayətlərə şamil edilir. Sənəd hüquqpozmalara, hərbi xidmətdən yayınmaya və digər cinayətlərə dair cəzadan tam azadetməni nəzərdə tutur.

Silah və partlayıcı maddə qaçaqmalçılığına, casusluğa və dövlətə xəyanətə görə mühakimə olunanlar amnistiyanın təsir dairəsinə düşmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.