Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verdi

25 Aprel 2021 11:10
Baxış: 4 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib.

Milli.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.

O, televiziya müraciətində ölkədə erkən parlament seçkiləri keçirmək üçün istefa etdiyini söyləyib:

"Bu gün növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi üçün istefa edirəm".

Qeyd edək ki, Paşinyan erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini əvvəlcədən elan etmişdi.

Parlamentin buraxılması mexanizminə başlamaq üçün o, aprel ayında formal olaraq istefa etməlidir. Lakin Paşinyan seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini də açıqlayıb. Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə erkən seçkilər parlamentin buraxılmasından 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.

Çıxarma mexanizmi istefadan sonra rəsmi olaraq işə salına bilər. İki həftə ərzində deputatlar iki dəfə baş naziri seçməsələr, parlament buraxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.