Dünya

"Bu vəhşətə arxa çıxanları tanıyırıq” - İbrahim Kalın

24 Aprel 2021 20:09
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Erməni terrorunun qurbanı olan şəhid diplomatlarımızı rəhmətlə yad edirik. Soyqırımı yalanlarının arxasında gizlənərək bu vəhşətə kimlərin dəstək olduğunu bilirik. Unutmadıq və unutdurmayacağıq".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın özünün Tvitter hesabında yazıb.

İbrahim Kalın əlavə edib ki, tarixi reallıqları təhrif edənlərə qarşı həqiqətin dilindən istifadə etməyə davam edəcəyik.

Xatırladaq ki, bu gün dünya erməniləri saxta erməni soyqrımını qeyd edirlər. Osmanlı Xilafətinin uzun illər çörəyini yeyib, bu dövlətin tərkibində yüksək səviyyədə yaşayan ermənilər Osmanlıya xəyanət edərək Avropa və Çar Rusiyasının əlində alətə çevriliblər. İndi də ermənilər beynəlxalq siyasətdə Osmanlının varisi olan Türkiyəyə qarşı beynəlxalq siyasətdə təzyiq vasitəsi kimi istifadə olunurlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.