Dünya

Yunanıstan may ayından etibarən koronavirusla bağlı məhdudiyyətləri tədricən ləğv edəcək

23 Aprel 2021 21:00
Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan hökuməti may ayının əvvəlindən başlayaraq koronavirusla bağlı məhdudiyyətləri ləğv etməyə başlayacaq.

Milli.Az bildirir ki, AZƏRTAC ölkənin Baş naziri Kiriakos Mitsotakisa istinadla xəbər verir ki, hazırda əsas məsələ Pasxa bayramını təhlükəsiz keçirmək və bundan sonra tədricən ölkəni xarici turistlərə açmaq, məhdudiyyətləri daxildə aradan qaldırmaqdan ibarətdir. Beləliklə, mayın 3-dən etibarən ölkədə restoranlar, kafelər, barlar açıq havada müştərilərinə xidmət göstərə bilər. Ölkə daxilində rayonlar arasında hərəkət mayın 15-dən sonra bərpa olunacaq. Ölkəyə turistlərin gəlişinə icazə vermək də mayın 15-dən sonraya planlaşdırılır.

Yunanıstanda günlük virusa yoluxma hallarının hələ də yüksək olmasına baxmayaraq, bunun tezliklə stabilləşəcəyinə inandığını deyən Baş nazir vətəndaşları peyvənd olmağa çağırıb. Artıq Avropa İttifaqı, Şengen zonası, Böyük Britaniya, ABŞ, BƏƏ, Serbiya və İsraildən gələn vətəndaşlar üçün karantin aradan götürülüb. Bu ölkələrdən gələn vətəndaşlar yalnız peyvənd olunma barədə sənəd və ya 72 saat əvvəl edilən koronavirusa yoluxma üzrə neqativ testi göstərdikdən sonra ölkəyə daxil ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.