Dünya

Ukraynalı deputatlardan Zelenskiyə Rusiya ilə bağlı çağırış

20 Aprel 2021 08:12
Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Ali Radasının hakim "Xalqın xidmətçisi" partiyasından olan bir qrup deputatı prezident Vladimir Zelenskini Rusiya ilə diplomatik münasibətləri kəsməyə çağırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bəyanat layihəsi millət vəkili Boqdan Yaremenko tərəfindən "Facebook"da paylaşılıb.

"Biz sülhpərvər insanlarıq. Ancaq təəssüf ki, qonuşlar sülh istəyənlərə deyil, müharibəyə hazır olanlara hücum edirlər", - deyə millət vəkili qeyd edib.

Müraciətdə Rusiya rəsmilərinə və KİV-ə qarşı da ittihamlar səsləndirilib.

Zelenskidən Rusiya ilə diplomatik münasibətləri kəsərək Ukraynaya ABŞ və Britaniya hərbi kontingentini dəvət etmək tələb olunur. Bundan əlavə, NATO-ya ölkədə gəmi əleyhinə, zenit və raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinin təklif olunması istənilir. Deputatlar prezidentdən ehtiyatda olanları Ukrayna Silahlı Qüvvələrinə çağırmasını və səfərbərlik elan etməsini də istəyirlər.

"Strana.ua" saytının verdiyi məlumata görə, Yaremenkonun təşəbbüsü "Xalqın xidmətçisi"nin rəhbərliyi ilə razılaşdırılmayıb, yalnız bir neçə deputat tərəfindən dəstəklənib.

"Yaremenkonun açıqlaması fraksiya və ya partiyanın deyil, ayrı-ayrı deputatların mövqeyidir" - deyə fraksiya rəhbərinin müavini Yevgeni Kravçuk sənədi şərh edərkən bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.