Misirdə qatar relsdən çıxdı: 11 ölü, 98 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19.04.2021
07:11
Misirdə sərnişin qatarının relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölənlər arasında Misirin Ədliyyə Nazirliyi yanında müstəqil məhkəmə orqanı olan Məhkəmə İşləri üzrə Dövlət Şurasının rəhbərinin müavini olub.
Bildirilir ki, xəsarət alanlardan 14 nəfəri xəstəxanadan evə buraxılıb, xəstəxanada qalanlardan bir neçəsinin vəziyyəti ağırdır.
Misir prezidenti Əbdülfəttah əs-Sisi hadisənin səbəbinin araşdırılması üçün hökumət komissiyasını formalaşdırmağı tapşırıb.
-----------------
18.04.2021
19:56
Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb.
Bu barədə "Al Arabia" telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
18:37
Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regionun administrasiyası məlumat verib.
Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.
Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.
Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
Tualetdən gec çıxan azərbaycanlı döyüldü
-
Azərbaycanda 4.3 ballıq zəlzələ oldu
-
“Dünya TV” cərimələndi
-
Bakıda avtomobil hərracı olacaq: Qiymətlər 3500 manatdan başlayır
-
Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın açıqlaması
-
İbrahim Borçalının qızının nişanıdır - (Foto)
-
Səbaildə fərdi yaşayış evində yanğın olub
-
Duru yağ bahalaşdı - (Video)
-
Ruslan Ənvərliyə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib
-
Mustafa Sandalın qayınatasının evi atəşə tutulub: Hücumun təfərrüatı - (Foto)
-
Rusiyalı azarkeş oğlunun yanında can veribmiş - (Yenilənib/Foto)





