Dünya

Peyvəndin üçüncü dozasına da ehtiyac var?

17 Aprel 2021 06:55
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ əczaçılıq şirkəti "Pfizer" koronavirus peyvəndinin üçüncü dozasına ehtiyac ola biləcəyini açıqlayıb.

CNBC xəbər verir ki, firmanın CEO-su Albert Bourla mümkün ssenariyə görə, 6-12 ay arasında üçüncü dozaya ehtiyac duyulacağını deyib.

Onun sözlərinə görə, yeni virus növlərinə rast gəlindiyi təqdirdə hər il insanların vaksinasiyasına ehtiyac ola bilər.

"Pfizer"in məlumatları 2000-dən çox vaksinasiya olunmuş insana əsaslanır, lakin qorunmanın 6 aydan sonra davam edib-etmədiyini müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac olduğu vurğulanır.

"Pfizer" və "BioNTech" fevral ayında virusun yeni variantlarına qarşı immunitet reaksiyasını daha yaxşı anlamaq üçün koronavirus peyvəndinin üçüncü dozasını test etdiklərini açıqlayıblar.

Bizimlə əlaqə saxlayın

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.