Dünya

Ukrayna Krımla sərhəddə hərbi təlimlərə başladı

14 Aprel 2021 16:08
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Krım sərhədləri boyunca genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Birləşmiş Qüvvələri komandanlığının mətbuat xidməti "Facebook" hesabında məlumat verib.

Qeyd edilir ki, Krım Muxtar Respublikasının işğal olunmuş ərazisi ilə sərhəd boyunca döyüş tapşırıqlarını yerinə yetirən topçu və tank birləşmələri, siqnalla şərti düşmənin hücumuna qarşı müəyyən ərazilərə doğru irəliləyib.

"Kəşfiyyat zamanı düşmənin əsas atəş qüvvələrinin yeri müəyyən edildi. Daha sonra döyüşə tank ehtiyatı və tank əleyhinə artilleriya gətirildi", - deyə Ukrayna ordusunun Birləşmiş Qüvvələri komandiri general-leytenant Sergey Nayev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.