Dünya

Gəncəli kriminal avtoriteti öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - Moskvada

14 Aprel 2021 09:29
Baxış: 2 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada fitness klubunda törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.

"Moskvanın şimal-qərbindəki bir idman salonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun gizləndiyi evdə axtarışlar aparılır", - deyə İvanova əlavə edib.

Qeyd edək ki, Moskvanın şimal-qərbindəki yaşayış kompleksində yerləşən bir fitness klubunda Azərbaycan əsilli kriminal avtoritet Albert Rıjiy kimi tanınan Əli Heydərov öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.